"Nabat" filmi Almaniyada keçiriləcək festivalda nümayiş etdiriləcək

"Nabat" filmi Almaniyada keçiriləcək festivalda nümayiş etdiriləcək Festival iyulun 29-dan avqustun 9-dək davam edəcək
İncəsənət
1 İyul , 2015 17:58
Nabat filmi Almaniyada keçiriləcək festivalda nümayiş etdiriləcək

Bakı. 1 iyul. REPORT.AZ/ “Nabat” bədii filmi iyulun 29-dan avqustun 9-dək Almaniyada keçiriləcək FIVE LAKES Beynəlxalq Film Festivalında (Fünf Seen Film Festival) nümayiş olunacaq.

"Report" xəbər verir ki, "Nabat" filmi festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, “Nabat” filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalının (International Filmfestival Mannheim-Heidelberg) əsas müsabiqə proqramında təqdim olunub və festivalın 3 nüfuzlu mükafatına layiq görülüb. (“Mannheym-Heydelberq”,“Beynəlxalq kinotənqidçilər”, “Ecumenical münsiflər” mükafatları)

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 

Son xəbərlər

Orphus sistemi