Musiqili Teatrda “Bankir adaxlı” tamaşası nümayiş etdiriləcək

Musiqili Teatrda “Bankir adaxlı” tamaşası nümayiş etdiriləcək Tamaşa Musiqili Teatrın ən çox tələb olunanları sırasındadır
İncəsənət
10 Aprel , 2017 13:44
Musiqili Teatrda “Bankir adaxlı” tamaşası nümayiş etdiriləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrda Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komik situasiyalarla zəngin və dinamik süjet xəttinə malik olan səhnə əsəri hər nümayiş zamanı tamaşaçıların böyük marağına səbəb olur. 

Məlumata görə, “Bankir adaxlı” Musiqili Teatrın ən çox tələb olunan tamaşaları sırasındadır.

Tamaşada rolları xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev və Rəşad Məmmədov ifa edirlər.

Səhnə əsərinin quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, dirijoru əməkdar incəsənt xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.

Tamaşa aprelin 16-da saat 19.00-da başlayacaq.

Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi