Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edib

Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edib Tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edib
İncəsənət
25 Sentyabr , 2017 19:39
Musiqili Teatr Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edib. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Musiqili Teatrın ifasında festivalda dahi Üzeyir Hacıbəylinin əbədiyaşar “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olunub. Teatrın kollektivi iki gün ard-arda tədbir iştirakçıları və tamaşaçılar qarşısında çıxış edib. Musiqili Teatrın Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalındakı budəfəki çıxışı xüsusi özəlliyi ilə fərqlənib. Belə ki, nümayiş olunan tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edib. Bərdia Kiyarəs məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakla bağlı Bakıya dəvət olunub.

Tamaşaları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları, festival iştirakçıları və digər mötəbər qonaqlarla yanaşı, Musiqili Teatrın daimi və sevimli tamaşaçıları izləyiblər.

Son xəbərlər

Orphus sistemi