Musiqili Teatr Şamaxıda tamaşa nümayiş etdirəcək

Musiqili Teatr Şamaxıda tamaşa nümayiş etdirəcək Musiqili Teatrı Şamaxı rayonuna qastrol səfərinə hazırlaşır
İncəsənət
20 İyun , 2016 17:54
Musiqili Teatr Şamaxıda tamaşa nümayiş etdirəcək

Bakı. 20 iyun. REPORT.AZ/ Dövlət Musiqili Teatrı Şamaxı rayonuna qastrol səfərinə hazırlaşır.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Teatr iyunun 22-də Şamaxı rayonunda Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası nümayiş etdirəcək.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri əməkdar artist Vaqif Məstanovdur.

Tamaşada rolları xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edir. 

Son xəbərlər

Orphus sistemi