Yuxarı

"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək

Festival 11-18 martda başlayır

Bakı. 25 fevral. REPORT.AZ/ Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı təşkil olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festival 11-18 mart tarixində keçiriləcək.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadədir.

Qeyd edək ki, festival çərçivəsində Beynəlxalq Elmi Simpoziumun, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin, gənc ifaçılar üçün IV Beynəlxalq Muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi