"Motivlər-2" kinoalmanaxının növbəti filminin çəkilişinə start verilib

"Motivlər-2" kinoalmanaxının növbəti filminin çəkilişinə start verilib "Azərbaycanfilm"in ekranlaşdırdığı kinoalmanaxın ilk bölümünün çəkilişləri başa çatıb
İncəsənət
10 Fevral , 2015 20:23
Motivlər-2 kinoalmanaxının növbəti filminin çəkilişinə start verilib

Bakı. 10 fevral. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında "Motivlər-2" kinoalmanaxına daxil olan üçüncü filmin çəkilişinə start verilib.

Bu barədə "Report"a "Azərbaycanfilm" Kinostudiyasından məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" Kinostudiyasının çəkdiyi "Motivlər" kinoalmanaxının ilk bölümünün çəkilişləri başa çatıb. Hazırda kinoalmanaxın 2-ci hissəsinin çəkilişlərinə başlanılıb.

"Motivlər-2" adlanan kinoalmanaxa 3 film daxildir. İlk film "Qara Bağ" adlanır. Bu filmin çəkilişləri başa çatıb. İkinci film "Eşqin sonsuz nəğməsi" adlanır. "Postskriptum" adlanan 3-cü filmin çəkilişlərinə hələ başlanmayıb. 3-cü film ekranlaşdırıldıqdan sonra "Motivlər-2" kinoalmanaxı tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, “Motivlər...” kinoalmanaxı Azərbaycan Prodüsserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsində “Adari Films” tərəfindən təqdim olunub və qalib layihə kimi təsdiqlənib. Layihədə iştirak edən gənc rejissorlar daha əvvəl müstəqil fəaliyyət göstərərək bir sıra beynəlxalq nailiyyətlərə imza atıblar. 

Son xəbərlər

Orphus sistemi