Moskvada Yevgeni Yevtuşenko ilə vida mərasimi keçirilib

Moskvada Yevgeni Yevtuşenko ilə vida mərasimi keçirilib Zalda şairlə vidalaşmaq istəyənləri yerləşdirmək mümkün olmayıb
İncəsənət
11 Aprel , 2017 17:29
Moskvada Yevgeni Yevtuşenko ilə vida mərasimi keçirilib
RIA Novosti

Bakı. 11 aprel. REPORT.AZ/ Moskvada Mərkəzi Ədiblər Evində şair Yevgeni Yevtuşenko ilə vida mərasimi keçirilib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, tabut şairin pərəstişkarlarının alqışları altında Mərkəzi Ədiblər Evindən çıxarılaraq Moskva ətrafında yerləşən Peredelkino qəsəbəsinə aparılıb. Şair Boris Pasternakın məzarı yanında torpağa tapşırılacaq.

Yevgeni Yevtuşenko ilə vidalaşanlar arasında müdafiə naziri Sergey Şoyqu, mədəniyyət naziri Vladimir Medinskiy və başqaları da olub.

Zalda şairlə vidalaşmaq istəyənləri yerləşdirmək mümkün olmayıb. Buna görə də çox böyük növbə yaranıb.

Xatırladaq ki, Yevgeni Yevtuşenko aprelin 1-də ABŞ-ın Talsa şəhərində (Oklahoma ştatı) 85 yaşında vəfat edib. O, 1991-ci ildən ailəsi ilə bu şəhərdə yaşayıb.  

Son xəbərlər

Orphus sistemi