Mingəçevir Dram Teatrı 9 günə yeni tamaşa hazırlayıb

Mingəçevir Dram Teatrı 9 günə yeni tamaşa hazırlayıb Mingəçevir. 15 sentyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümü Abdulla Şaiqin “Bir saatlıq xəlifə” əsəri əsasında hazırlanan tamaşa ilə açıb.
İncəsənət
15 Sentyabr , 2018 13:42
Mingəçevir Dram Teatrı 9 günə yeni tamaşa hazırlayıb

Mingəçevir. 15 sentyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümü Abdulla Şaiqin “Bir saatlıq xəlifə” əsəri əsasında hazırlanan tamaşa ilə açıb.  

”Report”un Şirvan bürosunun məlumatına görə, teatrın direktoru Səxavət Məmmədov birpərdəli yeni əsərin cəmi 9 günə səhnələşdirildiyini bildirib.

O deyib ki, kollektiv “Sadığın toyu” tamaşası üzərində çalışmışdı: "Bu il teatrımızın 50, Mingəçevir şəhərinin isə 70 illik yubileyi qeyd olunacaq. Bunu nəzərə alaraq mövsümə yeni bir tamaşa ilə başlamağa qərar verdik. Sevindirici haldır ki, yaradıcı heyət üzərinə düşən vəzifələri gözlənildiyindən də yüksək səviyyədə icra edərək 9 günə yeni bir əsəri tamaşaya qoymağı bacarıb”.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli, rəssamı isə Rəfael Həşimovdur. Tamaşanın baş rollarından birini respublikanın əməkdar artisti Şıxı Yaqubov oynayıb.

Son xəbərlər

Orphus sistemi