Yuxarı

Milli İncəsənət Muzeyinin rəhbəri Fransanın ordeni ilə təltif olunub

Milli İncəsənət Muzeyinin rəhbəri Fransanın ordeni ilə təltif olunub

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülüb.

“Report” xəbər verir ki, təltif mərasimi Fransanın Azərbaycandakı səfirliyində keçirilib.

Səfir Zakari Qros 2017-ci ildə Bakıda Milli İncəsənət Muzeyinin 80 illiyilə bağlı “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı Fransa incəsənəti” adlı sərginin keçirildiyini xatırladıb.

Qeyd edək ki, ötən əsrin ortalarında dünya mədəniyyətinin mühüm hadisələrini qeyd etmək məqsədilə təsis edilmiş İncəsənət və Ədəbiyyat Ordeninin kavaler, zabit, komandor olaraq üç dərəcəsi var. Bu ordenlə təltif barədə qərarı xüsusi komitənin iştirakı ilə Fransanın mədəniyyət naziri verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi