Yuxarı

Milli İncəsənət Muzeyində “Naxış”ını seç” moda sərgisi keçiriləcək

Təqdimat mərasimi yanvarın 16-da saat 19.00-da olacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində “Naxış” atelyesinin ilk sərgisi və təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, yanvarın 16-da “Naxış”ını seç” devizi altında təqdim olunacaq sərgidə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunacaq. Sərgidə atelye həmçinin 2016-cı ilin yaz-yay geyimlərini də təqdim edəcək.

Nazirlikdən bildirilib ki, “Naxış” atelyesində bir nümunədə hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilir, rənglərinin harmoniyası isə xanımları diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, geyimlərin tikildiyi parçalar Paris və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi