Milli İncəsənət Muzeyində “Naxış”ını seç” moda sərgisi keçiriləcək

Milli İncəsənət Muzeyində “Naxış”ını seç” moda sərgisi keçiriləcək Təqdimat mərasimi yanvarın 16-da saat 19.00-da olacaq
İncəsənət
120
8 Yanvar , 2016 17:51
Milli İncəsənət Muzeyində “Naxış”ını seç” moda sərgisi keçiriləcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyində “Naxış” atelyesinin ilk sərgisi və təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, yanvarın 16-da “Naxış”ını seç” devizi altında təqdim olunacaq sərgidə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunacaq. Sərgidə atelye həmçinin 2016-cı ilin yaz-yay geyimlərini də təqdim edəcək.

Nazirlikdən bildirilib ki, “Naxış” atelyesində bir nümunədə hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilir, rənglərinin harmoniyası isə xanımları diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, geyimlərin tikildiyi parçalar Paris və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. 

Son xəbərlər

Orphus sistemi