Milli İncəsənət Muzeyi Yeni il münasibətilə aksiyaya başlayır

Milli İncəsənət Muzeyi Yeni il münasibətilə aksiyaya başlayır Muzeyə giriş 1 AZN olacaq
İncəsənət
29 Dekabr , 2016 16:41
Milli İncəsənət Muzeyi Yeni il münasibətilə aksiyaya başlayır

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Milli İncəsənət Muzeyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aksiyaya başlayır.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 3-də və 4-də hər kəs üçün muzeyə giriş 1 AZN olacaq.

Ziyarətçilər həmin günlərdə həm muzeyin zəngin stosianar ekspozisiyası, həm də “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi