Yuxarı

Milli Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedir

Bursada keçiriləcək festivalda xalq yazıçısı Elçinin Teleskop əsəri nümayiş etdiriləcək

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedir. "Report" xəbər verir ki, teatr aprelin 16-23-dək Türkiyənin Bursa şəhərində keçiriləcək festivalda iştirak edəcək.

Bursa şəhərinin Nilufər Bələdiyyəsinin keçirəcəyi 5-ci Beynəlxalq Teatr Festivalında Azərbaycanı Akademik Milli Dram Teatrı təmsil edəcək.

Milli Dram Teatrı Bursa tamaşaçılarına xalq yazıçısı Elçinin "Teleskop" ikihissəli tragikomediyasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqindir.

Əsas rolları əməkdar artist Füzuli Hüseynov (Kişi), İlahə Həsənova (Qadın) ifa edir.

Rollarda xalq artisti Ramiz Novruz, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Əli Nur, Əjdər Həmidov, Sevinc Əliyeva, Elşən Cəbrayılov və başqaları çıxış edir.

Tamaşa ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2011-ci il mayın 11-də oynanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi