Yuxarı

​Məşhur türk aktyoru vəfat edib

Ləvənt Kırca xərçəngdən əziyyət çəkib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyənin tanınmış teatr aktyoru Ləvənt Kırca 67 yaşında dünyasını dəyişib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun müddət idi qaraciyər xərçəngindən müalicə olunurdu.

Aktyor 1948-ci ildə Samsun şəhərində doğulub. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Ləvənt çoxlu sayda teatr tamaşası və filmdə rol alıb. O, 22 il televiziyada “Olacaq o qədər” verilişinin aparıcısı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi