Məşhur isveçrəli pianoçu Bakıda konsert verəcək

Məşhur isveçrəli pianoçu Bakıda konsert verəcək Silvan Zinqq yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək
İncəsənət
5 Yanvar , 2018 18:04
Məşhur isveçrəli pianoçu Bakıda konsert verəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Məşhur isveçrəli pianoçu Silvan Zinqq Bakıda konsert verəcək.

"Report" xəbər verir ki, S.Zinqq yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək.

S.Zinqq buqi-vuqi və blüz ifa edən dünyanın ən məşhur pianoçularındandır. Mətbuat onu "buqi-vuqi kralı" adlandırır.

Buqi-vuqi ötən əsrin 20-ci illərinin sonunda və 40-cı illərinin ortalarında xüsusi piano musiqisi kimi blüz janrı əsasında yaranan musiqi janrıdır.

S.Zinqq Çak Berri, Rey Çarlz, Keti Vebster, Semmi Prays, Memfis Slim, Tito Cekson və bir çox digər məşhurlarla eyni səhnədə çıxış edib. Tənqidçilər onun texnikasından və şən entuziazmından təsirlənərək onu qeyri-adi pianoçu kimi təsvir edirlər.

Onun ən böyük hiti olan “Rəqs edən buqi" musiqisi "Youtube"da 8,1 milyondan çox izlənilib.

O, 2002-ci ildən İsveçrədə uğurla keçirilən Luqano Beynalxalq Buqi-Vuqi Festivalının təsisçisidir.

Son xəbərlər

Orphus sistemi