Yuxarı

"Mənim günahım" tamaşasının premyerası gələn ay olacaq

Tamaşa İlyas Əfəndiyevin yubileyinə həsr edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Akademik Milli Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.

"Report" xəbər verir ki, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə hazırlanan "Mənim günahım" tamaşasının ilk nümayişi martın 6-da olacaq.

Teatrdan verilən xəbərə görə, tamaşa hazırdır.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovdur.

Baş rolları xalq artisti Məleykə Əsədova və əməkdar artist Elşən Rüstəmov ifa edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi