Yuxarı

Məlik Dadaşovun 90 illik yubileyi keçiriləcək

Yubiley tədbiri noyabrın 24-də ittifaqın inzibati binasında olacaq

Bakı. 11 noyabr.REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Dadaşovun 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Azərbaycan Teatr Xadimləri İttifaqından "Report"a daxil olan xəbərə görə, yubiley tədbiri noyabrın 24-də qurumun inzibati binasında olacaq.

Yubiley tədbirində Məlik Dadaşovun ailə üzvləri, sənət dostları iştirak edəcək, aktyorun çəkildiyi filmlərdən və teatr tamaşalarından parçalar nümayiş etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi