Mədəniyyət və Turizm Nazirliyi xalq artistlərinin yubileyini qeyd edəcək - SİYAHI

Mədəniyyət və Turizm Nazirliyi xalq artistlərinin yubileyini qeyd edəcək - SİYAHI Yubiley tədbirlərinin vaxtı açıqlanıb
İncəsənət
7 Avqust , 2015 15:56
Mədəniyyət və Turizm Nazirliyi xalq artistlərinin yubileyini qeyd edəcək - SİYAHI

Bakı. 7 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi bu ilin ikinci yarısında bir sıra yubiley gecələri təşkil edəcək. "Report" xəbər verir ki, bu barədə məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, bu ilin oktyabr ayında xalq artisti Afaq Bəşirqızının 60 illiyinə və  xalq artisti Bəşir Səfəroğlunun 90 illiyinə həsr olunmuş yubiley tədbiri, noyabr ayında xalq artisti, görkəmli dirijor Nazim Rzayevin 90 illiyinə həsr olunmuş konsert, xalq artisti, tanınmış rəqqas və baletmeyster Əlibaba Abdullayevin 100 illiyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi