Yuxarı

Kukla Teatrında "Qırmızı papaq" tamaşası yeni quruluşda səhnəyə qoyulacaq

Tamaşanın 2016-cı ildə təhvil verilməsi nəzərdə tutulub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Şarl Peronun "Qırmızı papaq" tamaşası yeni quruluşda səhnəyə qoyulacaq. 

Bu barədə "Report"a Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, "Qırmızı papaq" tamaşasına teatrın baş rejissoru Qurban Məsimov quruluş verəcək və 2016-cı ildə balaca tamaşaçılara təqdim ediləcək: "Kukla Teatrında işin ən çətin tərəfi kuklaların hazırlanmasıdır. Hazırlıq prosesinə çox vaxt sərf olunur. Yeni ildə tamaşanı təhvil verməyi düşünürük".

Xatırladaq ki, noyabrın 15-dən 20-dək Bakıda “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi