Yuxarı
    Bağlamaq

    Kukla Teatrında “Pişiyin evi” nağılının tamaşası hazırlanır

    Tamaşa əməkdar artist Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib

    Bakı. 22 fevral. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı hazırlanır.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa əməkdar artist Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib.

    Teatrın rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli uşaqlar üçün tamaşa kuklalarla yanaşı, canlı planda aktyor oyunu üzərində qurulur.

    Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

    İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xüdpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

    Rollarda Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynov ifa edirlər.

    Səhnə əsəri martın sonlarında tamaşaçıların ixtiyarına veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi