Yuxarı
    Bağlamaq

    Kukla Teatrında “Açıq qapı” günü keçiriləcək

    Tədbir Milli Teatr Gününə həsr olunub© Report.az

    Bakı. 7 mart. REPORT.AZ/ Milli Teatr Günü münasibətilə Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bayram tədbiri keçiriləcək. 

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrda bayram tədbiri martın 9-da baş tutacaq.

    Mərasimdə Azərbaycan teatrının keçdiyi yola nəzər salınacaq, 85 yaşını qeyd edən Azərbaycan Dövlət Kukla Teatrının tarixini əks etdirən videoçarx nümayiş olunacaq. Ardınca tamaşaçılara teatrın repertuarında yer alan əksər tamaşalardan ibarət səhnə çələngi təqdim olunacaq.

    Tədbirdə teatrın klassikasına çevrilmiş “O olmasın, bu olsun”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Cırtdan”, “Məlikməmməd”, “Tıq-tıq xanım”, “Karlson”, “Pinokkionun sərgüzəştləri” tamaşaları, eləcə də son illər uğurlu səhnə həyatı ilə yadda qalan “Ağ və qara”, “Qoğal”, “Gözəl və Bədheybət”, “Oyaq gözəl” kimi nümunələrdən hissələr nümayiş olunacaq. Bununla yanaşı, həmin günü səhnədə teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları da çıxış edəcəklər.

     “Açıq qapı” günündə binanın foyesində müxtəlif ölçülü kuklaların sərgisi də baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi