Yuxarı

Könül Xasıyevanın "Təkcə səndən nigaranam" adlı solo-konserti keçirilib - FOTO

Konsertdə xalq artistinin iki tələbəsi çıxış edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində xalq artisti, xanəndə Könül Xasıyevanın "Təkcə səndən nigaranam" adlı solo-konsert proqramı keçirilib.

"Report" xəbər verir ki, konsertdə Könül Xasıyevanın iki tələbəsi də çıxış edib.

Konsert proqramında muğam, təsnif və bəstəkar mahnılarını ifa edən Könül Xasıyevanın çıxışı alqışlarla qarşılanıb.

Xatırladaq ki, xalq artisti, xanəndə Könül Xasıyeva hər il solo-konsert proqramı ilə müxtəlif  konsert salonlarında çıxış edir və onun keçirdiyi bütün konsertlər anşlaq olur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi