Yuxarı

Kinorejissor Fikrət Əliyevin müalicəsi ev şəraitində davam edir

Səadət Nəbiyeva: Atam normal danışır, eşidir, qidalanır

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin səhhəti qənaətbəxşdir.

Kinorejissorun qızı Səadət Nəbiyeva "Report"a bildirib ki, atasının müalicəsi ev şəraitində davam edir: "Əvvəllərlə müqayisədə indi vəziyyəti normaldır. Normal danışır, eşidir, qidalanır. Eşitməsi ilə bağlı bir müddət əvvəl problem yaranmışdı. Hazırda problem aradan qalxıb. Çox gümrah görünməsə də, Allahdan ümidimizi kəsmirik". 

Qeyd edək ki, ötən ilin sonunda F.Əliyevin vəziyyəti kəskin pisləşmişdi və bir müddət xəstəxanada müalicə olunmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi