"Kəklikotu" kino-komediyası tamaşaçıların böyük marağı ilə qarşılanır - FOTO

"Kəklikotu" kino-komediyası tamaşaçıların böyük marağı ilə qarşılanır - FOTO Kinoteatrlarda nümayiş etdirilən film tamaşaçı diqqətini cəlb etməyi ilə seçilir
İncəsənət
24 Dekabr , 2017 18:02
Kəklikotu kino-komediyası tamaşaçıların böyük marağı ilə qarşılanır - FOTO

Bakı. 24 dekabr. REPORT.AZ/ "Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyası tamaşaçıların böyük marağına səbəb olub.

"Report" xəbər verir ki, ayrı-ayrı kinoteatrlarda nümayiş etdirilən film tamaşaçı diqqətini cəlb etməyi ilə seçilir.

Bunu kinoteatrlarda çoxsaylı tamaşaçılar, seyrçi anşlaqı da sübut edir. Film bir sıra kinoteatrlarda tamaşaçıların gur alqışları ilə qarşılanıb.

İzləyicilərin çoxluğu ilə əlaqədar artıq bir sıra kinoteatrlarda bütün yerlər dolub və biletlər satılıb.

Bütün bunlara səbəb filmin maraqlı süjet xəttidir. Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Bunlar bir yana, "Kəklikotu" sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb. Belə ki, sosial şəbəkə istifadəçiləri "Kəklikotu"nun uğurlu ekran əsəri olduğunu bildirirlər. Bir çox seyrçilər filmdə uğurlu aktyor seçiminə diqqəti cəlb edirlər.

Qeyd edək ki, film "Ganjlik Mall"da, "28 Mall"da, "Aygun Mall"da, "Khamsa Park"da ("Ganja"), "Amburan Mall"da, "Azerbaijan Cinema"da nümayiş etdirilir. 

Son xəbərlər

Orphus sistemi