Kannda Tarantinonun yeni filminin dünya premyerası olub - VİDEO

Kannda Tarantinonun yeni filminin dünya premyerası olub - VİDEO Mayın 21-də Kann kinofestivalında Kventin Tarantinonun Bir dəfə Hollivudda filminin dünya premyerası olub.
İncəsənət
22 May , 2019 02:55
Kannda Tarantinonun yeni filminin dünya premyerası olub - VİDEO

Mayın 21-də Kann kinofestivalında Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filminin dünya premyerası olub.

"Report" xəbər verir ki, filmin təqdimatında rejissorun özü, həmçinin baş rolların ifaçısı olan Bred Bitt, Leonardo Di KaprioMarqo Robbi də iştirak edib.

"Kventin böyük kinematoqraf ənənəsinin əsas nümayəndələrindən biridir", - deyə Di Kaprio bildirib.

"Qızıl palma budağı" baş mükafatına iddia edən bu film festivalın əsas proqramına son anda daxil edlib. Rejissor ekran əsəri üzərində işləri Kann müsabiqəsinin açılışına qədər başa çatdırmaq üçün əlindən gələni əsirgəməyib.

Filmdə hadisələr 1969-cu ildə Los-Ancelesdə cərəyan edir.

Son xəbərlər

Orphus sistemi