Yuxarı
    Bağlamaq

    IV “Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi keçiriləcək

    Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulub

    Bakı. 16 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2016-cı il payız mövsümündə “Zamanla üz-üzə” beynəlxalq layihəsinin davamının keçirilməsi planlaşdırılıb.

     Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihənin bədii rəhbəri, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak, Roland Fraysitzer və solist Yuliya Purgina iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.

    “Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində 2016-cı il noyabrın 30-da, dekabrın 2-də, dekabrın 7-də və dekabrın 9-da Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi