Yuxarı
    Bağlamaq

    İrəvan Teatrında yeni layihə çərçivəsində maraqlı tamaşa göstəriləcək

    Premyerası bu ilin sentyabr ayında nəzərdə tutulan tamaşanın hazırda məşqləri gedir

    Bakı. 4 iyul. REPORT.AZ/ İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanıb.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 2016-cı il “Multikulturalizm ili” çərçivəsində üç müxtəlif– azərbaycan, rus və yəhudi mədəniyyətlərini bir məkanda cəmləşdirərək “O da aşiq olub yaza dünyada” adlı layihə çərçivəsində yeni tamaşa nümayiş etdirəcək.

    Dövlət sifarişi ilə hazırlanacaq A.P.Çexovun “Ayı”, Elçinin “O da aşiq ola...” və yəhudi dramaturqu Yosef Bar-Yosefin “Qəliz adamlar” pyeslərini üç müxtəlif mədəniyyətlərin ortaq səhnə təcəssümü olan tamaşa, gənc rejissor Nicat Qəribin quruluşunda təqdim olunacaq.

    Premyerası bu ilin sentyabr ayında nəzərdə tutulan tamaşanın hazırda məşqləri gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi