İndoneziya muzeyində qalmaqaldan sonra Hitlerin heykəli götürülüb

İndoneziya muzeyində qalmaqaldan sonra Hitlerin heykəli götürülüb İncəsənət obyekti sərt tənqidə məruz qalıb
İncəsənət
12 Noyabr , 2017 03:52
İndoneziya muzeyində qalmaqaldan sonra Hitlerin heykəli götürülüb

Bakı. 12 noyabr. REPORT.AZ/ İndoneziyanın Cokyakarta şəhərində yerləşən De ARCA mum fiqurlar muzeyinin əməkdaşları Osventsim həbs düşərgəsinin improvizə edilmiş girişi fonunda duran Adolf Hitlerin heykəlini hüquq müdafiəçilərinin tənqidlərindən sonra ekspozisiyadan çıxarıblar.

"Report" AFP-yə istinadən xəbər verir ki, art-obyekt Simon Vizental Mərkəzi, yəhudi hüquq müdafiə təşkilatının nümayəndələri tərəfindən tənqid olunub.

"Biz qəzəb yaratmaq istəmirdik. Hitlerin fiquru maarifləndirmə məqsədi ilə muzeydə saxlanılır", — deyə muzey rəhbəri Ceymi Misbax bildirib.

Əhalinin böyük əksəriyyətinin İslam dininə etiqad etdiyi İndoneziyada Holokost tarixi az diqqətə alınır.

Son xəbərlər

Orphus sistemi