Yuxarı

İlqar Fəhminin "Son reportaj"ı tamaşaya hazırlanır

Əsər Mingəçevir Dövlət Dram Teatrında nümayiş etdiriləcək

Bakı. 20 avqust. REPORT.AZ/ Yeni teatr mövsümündə Mingəçevir Dövlət Dram Teatrında tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin "Son reportaj" əsəri səhnəyə qoyulacaq.

"Report" xəbər verir ki, əsərə əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verəcək.

Mingəçevir Dövlət Dram Teatrı daha bir rejissor Nicat Kazımovla da müqavilə bağlayıb. Nicat Kazımov teatrın səhnəsində "Danışan gəlincik" uşaq tamaşasına quruluş verəcək.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrı mütəmadi olaraq Bakıdan tanınmış rejissorları teatra dəvət etməyi qərarlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi