Yuxarı

İçərişəhərdə Yeni il yolkası quraşdırılıb

İçərişəhər Yeni ilə hazırdır

Bakı. 26 dekabr. REPORT.AZ/İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Qız Qalası yaxınlığında Yeni il bayramı ərəfəsində qeyri-adiliyi və orijinallığı ilə seçilən art-yolka quraşdırıb. 

"Report" xəbər verir ki, builki instalyasiyanın süjeti İçərişəhərin əsas tarix-memarlıq abidələrinin və milli folklor motivlərinin yeni il tematikası ilə harmonik ahəngindən ibarətdir.

İnstalyasiyanın orijinallığını artıran cəhətlərdən biri isə xüsusi işıqların köməyi ilə yağan qar effektinin yaradılmasıdır.

İdarə şəhər sakinlərini və qonaqlarını qarşıdan gələn Yeni il bayram günlərində bir daha İçərişəhərə dəvət edərək onun qədim küçələri və çoxsaylı muzeylərini ziyarət etməyə tövsiyə edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi