Hollivudun məşhur aktrisası 99 yaşında vəfat edib

Hollivudun məşhur aktrisası 99 yaşında vəfat edib Onun ilk həyat yoldaşı türk siyasətçisi olub
İncəsənət
19 Dekabr , 2016 09:45
Hollivudun məşhur aktrisası 99 yaşında vəfat edib

Bakı. 19 dekabr. REPORT.AZ/ Hollivudun "Ən göz qamaşdıran aktrisa"sı tituluna layiq görülmüş Ja Ja Qabor vəfat edib.

"Report" Türkiyə KİV-inə istinadən məlumat verir ki, əslən macar olan aktrisa 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib. 

Məlumata görə, 8 dəfə ailə həyatı quran aktrisa həyat tərzi ilə həmişə diqqət mərkəzində olub. Onun ilk həyat yoldaşı türk siyasətçisi olub. 

Bir müddət Türkiyədə yaşayan aktrisanın 1991-ci ildə həyatı haqqında kitab yazılıb. 

Tanınmış  aktrisa kitabda Türkiyə dövlətinin yaradıcısı Mustafa Kamal Atatürkə aşiq olduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi