Heydər Əliyev Sarayında "Anadolu Rəngləri" adlı konsert proqramı keçiriləcək

Heydər Əliyev Sarayında "Anadolu Rəngləri" adlı konsert proqramı keçiriləcək Konsertin əsas məqsədi Türkiyə və Azərbaycan dostluğunu əks etdirməkdir
İncəsənət
20 Dekabr , 2016 18:00
Heydər Əliyev Sarayında Anadolu Rəngləri adlı konsert proqramı keçiriləcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında “Anadolu Rəngləri” adlı konsert proqramı keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə dekabrın 23-də, saat 19:00-da keçiriləcək konsertin əsas məqsədi Türkiyə və Azərbaycan dostluğunu əks etdirməkdir.

Qeyd olunub ki ,“Anadolu Rəngləri” adlı xüsusi proqram Türkiyə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Müdirliyinə bağlı İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, "Mehtər" qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçiləri birlikdə eyni səhnədə görmə imkanı yaradacaq.

Son xəbərlər

Orphus sistemi