Yuxarı

​Kamança ustadı Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır

Əsərin müəllifi xalq artistinin oğlu Rəvan Əliyevdir

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, mərhum kamança ifaçısı Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır. Bunu "Report"a xalq artistinin oğlu Rəvan Əliyev deyib.

O bildirib ki, əsərin müəllifi özüdür: "Atamın xatirəsinə həsr olunan simfonik əsərin müəllifi özüməm. Artıq hazırlıq işlərinə başlanılıb və əsərin tam ərsəyə gəlməsi üzərində iş gedir. Əsər təqribən 4 aydan sonra hazır olacaq".

Xatırladaq ki, məhşur kamança ifaçısı Habil Əliyev bu il sentyabrın 8-də 88 yaşında vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi