Gürcü rejissor Musiqili Teatrın qonağı olub

Gürcü rejissor Musiqili Teatrın qonağı olub Bakı. 7 fevral. REPORT.AZ/ Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru, Gürcüstan teatrının tanınmış sənət ustası İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub.
İncəsənət
7 Fevral , 2018 19:22
Gürcü rejissor Musiqili Teatrın qonağı olub

Bakı. 7 fevral. REPORT.AZ/ Sandro Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının baş rejissoru, Gürcüstan teatrının tanınmış sənət ustası İrakli Gogia Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Qurumun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə görüşdə iki ölkə teatrı arasında ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı qastrol səfərlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İrakli Gogia Azərbaycan və türkdilli ölkələrin örnək ola bilən teatrları ilə rəhbərlik etdiyi teatrın sıx əməkdaşlığının yaradılması təklifi ilə çıxış edib. O, Musiqili Teatrda böyük dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya da baxıb.

Tanınmış teatr xadimi fikirlərini belə bölüşüb: “Cənubi Qafqazda möhtəşəmliyi ilə seçilən Azərbaycan Dövlət Musiqili Teatrında tamaşa seyr etmək, sözün əsl mənasında, mənə zövq verdi. Yaradıcı heyətin gərgin əməyinin məhsulu olan bu səhnə əsərini yaxın vaxtlarda bizim teatrlarda da görmək istəyirəm. Əslində, bu tamaşanın rejissoru İradə Gözəlova ilə uzun illərdir ki, bir-birimizi tanıyırıq, dostluq və işgüzar münasibətlərimiz var. Hər zaman Azərbaycan rejissorlarının quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundayıq”.

Əliqismət Lalayev istedadlı gürcü rejissorun təkliflərini müsbət qarşılayaraq mövcud əlaqələri yüksək qiymətləndirib və bu münasibətlərin gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrin reallaşmasına daha da təkan verəcəyinə inamını ifadə edib.

Son xəbərlər

Orphus sistemi