"Göy-Göl" ansamblı bayram konserti verəcək

"Göy-Göl" ansamblı bayram konserti verəcək Konsert proqramı noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək
İncəsənət
2 Noyabr , 2015 11:33
Göy-Göl ansamblı bayram konserti verəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Gəncənin "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı Beynəlxalq Muğam Mərkəzində bayram konserti verəcək.

"Report" xəbər verir ki, konsert noyabrın 9-da olacaq. Ansamblın maraqlı konsert proqramı təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblını 1969-cu ildə xalq artisti Fikrət Verdiyev yaradıb. Ansamblın ilk solisti mərhum müğənni Rövşən Behcət olub.

Ansamblı yaradan gündən Fikrət Verdiyev "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəridir. 

Son xəbərlər

Orphus sistemi