Yuxarı

Gəncə teatrında "Dəli yığıncağı"nın premyerası olacaq

Tamaşanın məşqləri gedir

Bakı. 15 aprel. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri gedir.

"Report" xəbər verir ki, teatrda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyası əsasında yeni quruluşda tamaşa hazırlanır.

Əsərə teatrın baş rejissoru İradə Gözəlova quruluş verib. Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları ifa edir.

Tamaşanın rəssamı Elnur Axundovdur. Əsərin premyerası mayda olacaq.

Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri 1927-ci ildə yazılıb. Özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə pyes şərti, simvolik xarakterdədir. Əsas məsələ Şimali və Cənubi Azərbaycan, İran və bəzi başqa Şərq ölkələrindən gələn dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi