Yuxarı

Gəncə teatrında "20 ildən sonra" əsəri əsasında tamaşa hazırlanır

Tamaşanın premyerası yeni teatr mövsümündə olacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "20 ildən sonra" əsəri əsasında hazırlanan tamaşanın məşqləri gedir. 

Bu barədə "Report"a teatrın direktoru Əli Qasımov məlumat verib.

O bildirib ki, tamaşanın premyerası sentyabrın 15-16-da olacaq.

Ə.Qasımovun sözlərinə görə, Şəfaət Mehdiyevin M.Ə.Sabirə həsr etdiyi "Sabir" əsəri əsasında teatrda hazırlanan tamaşa üzərində iş yekunlaşıb: "Sadəcə quruluşçu rejissor İradə Gözəlova Musiqili Teatrda yeni əsər səhnəyə qoyub. Bu səbəbdən Bakıda olan rejissor Gəncəyə qayıdan kimi yeni əsərin premyerasını edəcəyik. Yəqin ki, iyunun sonunadək premyeranı keçirəcəyik". 

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrı iyulun 15-də teatr mövsümünə yekun vuracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi