Gənc Tamaşaçılar Teatrının rejissoru Moldovada tamaşa hazırlayacaq

Gənc Tamaşaçılar Teatrının rejissoru Moldovada tamaşa hazırlayacaq Nicat Kazımova Moldovadan dəvət gəlib
İncəsənət
20 İyul , 2016 17:59
Gənc Tamaşaçılar Teatrının rejissoru Moldovada tamaşa hazırlayacaq

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımov Moldovanın Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Dəvət məktubunda qeyd olunub ki, məqsəd inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.

Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən N.Kazımov görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq.

N.Kazımovun iyulun 28-dən sentyabr 1-dək tamaşanı hazırlayıb təhvil verməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi