Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalın qalibi olub

Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalın qalibi olub Şövqi Hüseynov “Ən yaxşı kişi ifaçısı” seçilib
İncəsənət
25 Aprel , 2017 20:55
Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalın qalibi olub

Bakı. 25. aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçirilən “Hərarətli ürək” (“Горячее сердце”) klassik rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında iştirak edir.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festival  yekunlaşmadan ilk mükafatçı məlum olub. Festivalın “Ən yaxşı kişi ifaçısı” nominasiyasına  Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov layiq görülüb.

Bu gün isə festivalın digər nominasiyalar üzrə qalibləri müəyyənləşəcək.

Məlumat üçün bildirək ki, aprelin 17-25-də baş tutan “Hərarətli ürək” (“Горячее сердце”) klassik rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalı İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir. Bu festival digərlərindən onunla fərqlənib ki, festival tarixində ilk dəfə xarici teatr öz ana dilində tamaşa ilə çıxış edib. 

Festival çərçivəsində 9 gün ərzində N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış 10 səhnə əsəri nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi