Yuxarı

Gənc Tamaşaçılar Teatrının aktrisası Ağdam Teatrında çıxış edəcək

Aktrisa Günel Məmmədova Çimnaz xanın yuxudadır tamaşasında Nabat rolunu ifa edəcək

Bakı. 21 may. REPORT.AZ/ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" birpərdəli əsərinin tamaşası hazırlanır. Tamaşa iyun ayında Ağdam teatrsevərlərinə təqdim ediləcək.

Bu barədə "Report"a Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev məlumat verib.

Tamaşanın Süleyman Rüstəmin 110 illik yubileyi münasisibətilə hazırlandığını deyən baş rejissor, əsərdə Üzeyir bəy Hacıbəylinin felyetonlarından da, istifadə ediləcəyini bildirib:

"Tamaşaya yeni əlavələr etmişəm. Üzeyir bəyin felyetonlarından istifadə edərək, əsəri bu günlə səsləşən tamaşa halına gətirmişəm. Tamaşada Nabat obrazını Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova ifa edəcək. Məhz bu tamaşaya görə, Günel Məmmədovanı Bakıdan Ağdama dəvət etmişik. Çimnaz rolunu isə, Ağdam Teatrının aktrisası, əməkdar artist Aida Qasımova ifa edəcək. Qafar rolunda Səbuhi Əhmədov, Əli rolunda İlgiz Mürşüdov çıxış edəcək. Tamaşanın premyerası iyunun sonunda olacaq."

Qeyd edək ki, Ağdam Dövlət Dram Teatrının payızda Bakıya qastrol səfəri gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi