Gənc Tamaşaçılar Teatrında “Rənglər, duyğular, düşüncələr” rəsm sərgisi keçiriləcək

Gənc Tamaşaçılar Teatrında “Rənglər, duyğular, düşüncələr” rəsm sərgisi keçiriləcək Eyni zamanda, “Qohumlar” tamaşasının premyerası olacaq
İncəsənət
9 İyun , 2016 21:55
Gənc Tamaşaçılar Teatrında “Rənglər, duyğular, düşüncələr” rəsm sərgisi keçiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində “Rənglər, duyğular, düşüncələr” adlı rəsm sərgisi keçiriləcək. 

"Report" xəbər verir ki, iyunun 11-də saat 18.00-da baş tutacaq sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı rəssamları – Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova ilə yanaşı, Dövlət Rəsm Qalereyasının 5 rəssamının bir-birindən maraqlı əl işləri təqdim olunacaq.

Saat 19.00-da isə teatrda “Qohumlar” tamaşasının premyerası olacaq. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyevin hazırladığı tamaşa kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənib.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmıkiya Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assistenti Günay Qasımovadır.

İkihissəli müziklda xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Anar Seyfullayev, Vahid Orucoğlu, Mirzəağa Mirzəyev, Elşən Çarhanlı, Elnur Hüseynov, Vüsal Mehrəliyev, Elnur Kərimov, İlham Əsədov, Yasəmən Məmmədova, Dilarə Fərəcullayeva, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi