Gənc Tamaşaçılar Teatrı mövsümü "Qohumlar" müziklı ilə başa vurub

Gənc Tamaşaçılar Teatrı mövsümü "Qohumlar" müziklı ilə başa vurub Tamaşanı Krasnoyarsk vilayətinin sosial siyasət naziri Qalina Kovalyeva və Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva da izləyib
İncəsənət
11 İyul , 2016 09:59
Gənc Tamaşaçılar Teatrı mövsümü Qohumlar müziklı ilə başa vurub

Bakı. 11 iyul. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı mövsümə "Qohumlar" adlı müziklın nümayişi ilə yekun vurub.

"Report" xəbər verir ki, tamaşanı Krasnoyarsk vilayətinin sosial siyasət naziri Qalina Kovalyeva və Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiyanın əməkdar mədəniyyət işçisi, Azərbaycanın Fəxri Mədəniyyət işçisi Qalina Şurayeva da izləyib.

Qeyd edək ki, müziklı kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli səhnə üçün işləyiblər. Ötən ay premyerası keçirilən “Qohumlar” tamaşası Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq hazırlanıb.

Tamaşaya Kalmıkiyanın B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev quruluş verib. 

İki hissəli müziklda əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Vahid Orucoğlu, Elnur Hüseynov, İlham Əsədov, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edir.

Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmıkiya Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assistenti Günay Qasımovadır.

Tamaşa etnoqrafik, Kalmık xalqının adət-ənənələri ilə bağlı musiqilər və rəqslərlə zəngindir. 

Son xəbərlər

Orphus sistemi