Yuxarı

Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrola gedir

Qastrol 10 gün davam edəcək

Bakı. 2 iyun. REPORT.AZ/ "Bakıda keçiriləcək ilk Avropa Oyunları bitəndən sonra bölgələrə qastrola gedəcəyik".

Bu barədə "Report"a açıqlamasında Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov məlumat verib.  

O qeyd edib ki, rəhbərlik etdiyi teatr mövsümün sonunadək ikiqat məsuliyyətlə çalışacaq və ilk Avropa Oyunları zamanı tamaşaçılara ən maraqlı səhnə əsərləri təqdim edəcəklər: "Oyunlar bitəndən sonra iyulun 1-dən 10-dək bölgələrə qastrol səfərində olacağıq. Bölgə tamaşaçıları üçün Mirzə Fətəli Axundovun "Hekayəti-xırs quldurbasan" komediyasını göstərəcəyik.  

Tamaşanın rejissoru, xalq artisti Cənnət Səlimova, rəssamı, əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Rolları əməkdar artist Şövqi Hüseynov, Qurban İsmayılov, Gülər Nəbiyeva və başqaları ifa edirlər".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi