Gənc Tamaşaçılar Teatrı bayram tamaşasına hazırlaşır

Gənc Tamaşaçılar Teatrı bayram tamaşasına hazırlaşır Teatrda martın 18-dən 25-dək “Tamaşaların paradı” keçiriləcək
İncəsənət
16 Mart , 2016 14:00
Gənc Tamaşaçılar Teatrı bayram tamaşasına hazırlaşır

Bakı. 16 mart. REPORT.AZ/ Novruz bayramı günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya Uşaq və Gənclər Teatr günü qeyd ediləcək. Bu münasibətlə teatrda martın 18-dən 25-dək “Tamaşaların paradı” adı ilə repertuar tərtib edilib.

"Report" xəbər verir ki, bayram günlərində balacalar “Möcüzəli turp” ilə yanaşı, A.Şaiqin “Tıq-tıq xanım”, P.Nurəliyevanın “Dəcəl keçi”, xalq nağılı “Qoğalın nağılı” tamaşalarını da izləyə biləcəklər.

Tamaşalardan əvvəl Novruzun əsas personajları – Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.

Tamaşalar mart ayının 18-dən 25-dək davam edəcək.

Biletlər şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN” xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarında satılır.

Son xəbərlər

Orphus sistemi