Füzuli teatrı "Hacı Qəmbər" tamaşasını nümayiş etdirib

Füzuli teatrı "Hacı Qəmbər" tamaşasını nümayiş etdirib Tamaşaya rejissor Asif Şirinov quruluş verib
İncəsənət
9 Oktyabr , 2015 19:54
Füzuli teatrı Hacı Qəmbər tamaşasını nümayiş etdirib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” əsəri nümayiş etdirilib. 

"Report" xəbər verir ki, tamaşaya rejissor Asif Şirinov quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Əsmər İbrahimova, Elçin Məmmədov, Nicat Süleymanzadə, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Sehran Xanlarov və başqaları çıxış edib.

Son xəbərlər

Orphus sistemi