Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb.
“Report” xəbər verir ki, Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.
Kembric Universiteti hər il dünyada araşdırma apararaq yüksək peşəkarlığı ilə seçilən şəxsləri mükafatlandırır.