Bakı. 29 may. REPORT.AZ/
Layihə çərçivəsində Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərə həssaslığının artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, milli mədəni dəyərlərin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılması ilə bağlı tədbir keçirilib.
Çəkilən promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlagəyi, zinyət əşyaları, suvenir kuklaları və şiriniyyatı arasında olan əlaqələlər, onları incə tellərlə biri-birinə hörən bağlar təsvir ediləcək.
"Əsrlərin Yaddaşı" adlı promovideonun təqdimatı iyunun 4-də saat 15.00-da İçərişəhər Memarlıq Qoruğu, Muğam Klubunda keçiriləcək.