Yuxarı
    Bağlamaq

    Əməkdar artist Fərqanə Qasımova unudulmuş muğamı ifa edəcək

    Nəva muğamının ilk təqdimatı Milli Konservatoriyada olacaq

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Fərqanə Qasımova yeni konsert proqramına hazırlaşır. Xanəndə unudulmuş muğamlarımızdan olan "Nəva" muğamını ilk dəfə təqdim edəcək.

    Bu barədə "Report"a xalq artisti Alim Qasımovun mətbuat katibi Səadət Möhübova məlumat verib.

    Onun sözlərinə görə, "Nəva" muğamının ilk təqdimatı oktyabrın 7-də Milli Konservatoriyada olacaq. İlk dəfə müəllim və tələbələrin qarşısında ifa ediləcək muğamın geniş tamaşaçı kütləsi üçün nümayişi oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

    Konsertdə Fərqanə Qasımovanı azərbaycanlı musiqiçilərlə yanaşı, İrandan gəlmiş ney ifaçısı Davud Qaffarzadə və tonbak dəf ifaçısı Behrang Padir müşayiət edəcək. Konsertdə qədim Azərbaycan aləti olan soğur musiqi alətində Şamil İsmayılov çıxış edəcək.

    Xatırladaq ki, "Nəva" muğamı Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir. Belə ki, bu muğam uzun illərdir ifa edilmir.

    Qeyd edək ki, əməkdar artist Fərqanə Qasımovanın konsertində xalq artisti Alim Qasımov qonaq qismində iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi