Yuxarı
    Bağlamaq

    "Eliza" filminin çəkilişləri başa çatır

    İki gəncin məhəbbətindən bəhs edən filmdə baş rolları Dəniz Tacəddin və Toğrul Rza canlandırıblar

    Bakı.18 dekabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının nəzdində fəaliyyət göstərən "Debüt" studiyasında növbəti filmin çəkilişləri başa çatmaq üzrədir. Bu barədə "Report"a "Azərbaycanfilm" Kinostudiyasından məlumat daxil olub.

    Yeni, qısametrajlı film "Eliza" adlanır. İki gəncin məhəbbətindən bəhs edən filmdə baş rolları Dəniz Tacəddin və Toğrul Rza canlandırıblar.

    Qısametrajlı filmin quruluşçu rejissoru Məzahir Həşimov, quruluşçu operatoru Yuri Varnovski, icraçı prodüsseri Əlibala Rəhimovdur.

    Qeyd edək ki, "Debüt" studiyasının bədii rəhbəri tanınmış rejissor Eldar Quliyev, studiyanın direktoru Vladimir Dudniçenkodur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi