Yuxarı

Əliağa Vahidin 120 illik yubileyi qeyd olunacaq

Yubiley tədbirində Azərbaycanın görkəmli sənət adamları iştirak edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın görkəmli qəzəlxan şairi, əməkdar incəsənət xadimi Əliağa Vahidin 120 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, yubiley tədbiri noyabrın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Yubiley gecəsində Əliağa Vahidin qəzəlləri aktyorların ifasında səsləndiriləcək, xanəndələrin ifasında muğam və təsniflər oxunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi